TƏCİLİ! Taksi qiymətləri artacaq
Gündəm
05.01.2026 14:30
"Benzin və dizelin bahalaşması taksi sektoruna birbaşa təsir göstərir. Hazırda taksilərin böyük əksəriyyəti benzinlə işləyir, baxmayaraq ki, elektrik avtomobilləri də mövcuddur. Lakin benzinlə işləyən taksilərin sayı hələ də çoxluq təşkil edir və yanacağın bahalaşması onların xərclərini birbaşa artırır".
Bu fikirləri TodayPress TV-yə açıqlamasında iqtisadçı Elçin Rəşidov deyib.

Onun sözlərinə görə, taksi xidməti göstərənlər əsasən özəl şirkətlər və fərdi sahibkarlardır. Bu da o deməkdir ki, onlar öz əməliyyat xərclərinə uyğun olaraq qiymət siyasətini müstəqil müəyyən edirlər
"Hələlik rəsmi tarif artımı elan edilməsə də, hər bir taksi şirkətinin qiymətlərlə bağlı ayrıca qərar verməsi mümkündür. Ümumilikdə isə yanacaq xərcləri taksi fəaliyyətinin əsas komponentlərindən biri olduğu üçün qiymət artımı qaçılmaz görünür".
İqtisadçı əlavə edib ki elektrik avtomobilləri ilə bağlı da müəyyən çətinliklər mövcuddur:
"Bu nəqliyyat vasitələrinin doldurulması və istismarı ilə bağlı nəzarət tədbirləri sərtləşdirilir. Nəzarətin olması müsbət haldır, lakin hazırda bir çox taksi bu tələblərə tam hazır deyil. Bu vəziyyət də əməliyyat xərclərinin artmasına səbəb olur".
Elçin Rəşidov vurğulayıb ki, taksi tariflərinin yüksəlməsi isə yalnız sərnişin daşımalarına deyil, eyni zamanda çatdırılma xidmətləri və taksidən asılı olan digər sahələrin də xərclərinə təsir göstərəcək.
Qeyd edək ki, Aİ-92 markalı benzinin 1 litrinin qiyməti 5 qəpik, dizelin qiyməti 10 qəpik qaldırılıb.
Türkan İsgəndərli
tag: Elçin Rəşidov,İqtisadçı,Taksi,Qiymət,Artım,Todaypress.tv,
