TƏCİLİ: Azərbaycan İsraildəki səfirini geri çağırdı

TƏCİLİ: Azərbaycan İsraildəki səfirini geri çağırdı
05.07.2026 20:46 Gündəm

Azərbaycan İsraildəki səfirini geri çağırıb.

TodayPress TV xəbər verir ki, bu barədə politoloq Məhəmməd Əsədullazadə paylaşım edib.

O, paylaşımında Azərbaycanın İsraildəki səfirinin geri çağırıldığını qeyd edərək, bu addımı İsrailin “erməni soyqırımı”nı tanıması və Türkiyəyə qarşı həyata keçirdiyi siyasətlə əlaqələndirib. Politoloqun fikrincə, bu qərar Azərbaycan-Ermənistan normallaşma prosesinə də mənfi təsir göstərir.

Məhəmməd Əsədullazadə bildirib ki, İsrail Yaxın Şərqdə Türkiyənin güclənməsini istəmir və Ankaranın mövqeyi İsrailə deyil, onun Fələstin, Suriya və Livandakı siyasətinə qarşı yönəlib.

Politoloq hesab edir ki, Azərbaycanın səfirini məsləhətləşmələr üçün geri çağırması düzgün qərardır və rəsmi Bakı İsraillə diplomatik münasibətləri daha aşağı səviyyəyə endirməlidir.

XƏBƏR LENTİ
05 IYUL 2026
Bütün Xəbərlər