Sərhəd rəhbərləri görüşdü: Yük maşınları ilə bağlı yeni qərar gözlənilir

Sərhəd rəhbərləri görüşdü: Yük maşınları ilə bağlı yeni qərar gözlənilir
11.08.2026 20:37 Gündəm

İran və Azərbaycanın Astara Gömrük İdarələrinin rəhbərləri Astara gömrük sərhəd-keçid məntəqəsinin sərhəd körpüsündə görüş keçiriblər.

TodayPress TV xəbər verir ki, bu barədə “Azad İran” Telegram kanalına istinadən xəbər verir.

Görüşdə gömrük məsələləri, ticarət əlaqələrinin asanlaşdırılması, sərhədin hər iki tərəfində mövcud problemlər və onların həlli yolları müzakirə olunub.

Həmçinin yük maşınlarının giriş-çıxışının sadələşdirilməsi, ticarət sahəsində yarana biləcək mümkün maneələrin aradan qaldırılması və sahibkarlara göstərilən xidmətlərin yaxşılaşdırılması istiqamətində fikir mübadiləsi aparılıb.

XƏBƏR LENTİ
11 AVQUST 2026
Bütün Xəbərlər