Şəmkirli ailənin övladı Kiyevdə rəhbər vəzifəyə təyin olundu
Azərbaycanəsilli məmur Timur Tkaçenko Kiyev Vilayət Dövlət Administrasiyasının rəhbəri vəzifəsinə təyin olunub.
TodayPress TV xəbər verir ki, bu barədə qərar Ukrayna Nazirlər Kabineti tərəfindən təsdiqlənib.
O, daha əvvəl Kiyev şəhər Hərbi Administrasiyasına rəhbərlik edib.
1989-cu ildə Kiyevdə anadan olan Timur Tkaçenko Ukrayna Azərbaycanlıları Konqresinin fəal üzvlərindən biridir. O, həmçinin Ukraynada fəaliyyət göstərən Azərbaycan Ağsaqqallar Şurasının nümayəndəsidir.
Qeyd edək ki, Timur Tkaçenko Azərbaycanın Şəmkir rayonundan olan mərhum Firudin Məmmədovun oğludur.
Jalə Rövşən