Sabah sərhədlər açıla bilər - Rubinyan mesaj verdi

Sabah sərhədlər açıla bilər - Rubinyan mesaj verdi
02.08.2026 17:59 Gündəm

Ermənistan hakim fraksiyasının Milli Assambleyanın spikeri vəzifəsinə namizədi Ruben Rubinyan bildirib ki, İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması prosesi Ermənistan-Türkiyə dialoqundan daha çox irəliləyiş əldə edib.

TodayPress TV xəbər verir ki, onun sözlərinə görə, Azərbaycan Ermənistana dəmir yolu tranzitinə qoyulan məhdudiyyəti Türkiyədən daha əvvəl aradan qaldırıb. Bundan əlavə, İrəvanla Bakı arasında neft məhsullarının birbaşa ticarəti artıq qurulub. Rubinyan bunu ikitərəfli əlaqələrin inkişafında daha ciddi irəliləyiş kimi qiymətləndirib.

Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesinə toxunan Rubinyan bildirib ki, hazırda Ankaradan daha aktiv addımlar gözlənilir. O, Ermənistanla Türkiyə arasında diplomatik münasibətlərin qurulması və sərhədin açılması üçün heç bir maneə görmədiyini deyib.

Rubinyanın sözlərinə görə, bu proses hətta “sabah” baş verə bilər.

Bununla yanaşı, o, Ermənistan-Türkiyə dialoqunun İrəvanın gözlədiyindən daha yavaş inkişaf etdiyini etiraf edib. Rubinyan Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasının isə yalnız zaman məsələsi olduğunu bildirib.

Kübra Musayeva

XƏBƏR LENTİ
02 AVQUST 2026
Bütün Xəbərlər