“Ramiz Mehdiyevin evindən çıxan pullar gənc ailələrə verilsin” - Tural Abbaslı
Gündəm
18.02.2026 14:27
“Ramiz Mehdiyevin evindən çıxan 17 milyon manatla bina kompleksi tikib gənc ailələrə hədiyyə etmək olar”.
Bunu Ağ Partiya sədri Tural Abbaslı TodayPress TV-yə müsahibəsində deyib.
“Məndən soruşsaz ki, bu pulu nəyə xərcləyək, deyərdim ki, 17 milyona böyük bir bina kompleksi tikib yeni evlənənlərə hədiyyə etmək olar.
Gənc ailələrə, çoxuşaqlı ailələrə 100–150 evlik bina tikib vermək daha məqsədəuyğun olardı. Digər məsələlərə pul tapılar”, - deyə o əlavə edib.
Qeyd edək ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 2025-ci il tarixinədək olan müddətdə cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq pul vəsaitini leqallaşdırıb. Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında qeyd edilib.
Jalə Rövşən
tag: Tural Abbaslı,Ağ partiya sədri,Ramiz Mehdiyev,Cinayət işi,DTX,Todaypress.tv,
