"Raketlərin adı belə çəkilmir" - Şahbaz Şərif anlaşma memorandumundan danışdı

"Raketlərin adı belə çəkilmir" - Şahbaz Şərif anlaşma memorandumundan danışdı
23.06.2026 21:00 Gündəm

Tehranın raket proqramının ixtisarı məsələsi ABŞ və İran arasındakı anlaşma memorandumunda qeyd olunmayıb və tərəflər arasında müzakirə edilməyib.

TodayPress TV xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif bəyan edib.

"Tam əminliklə bəyan edirəm ki, anlaşma memorandumunda ballistik raketlərin adı çəkilmir. Bu məsələ heç vaxt müzakirə olunmayıb, heç vaxt gündəlikdə durmayıb və İran tərəfi bunu müzakirə etmək istəməyib", - deyə Şərif İslamabadda İran Prezidenti Məsud Pezeşkian ilə keçirdiyi danışıqların yekunlarına dair bəyanatında bildirib.

Pakistanın Baş naziri regionun digər ölkələrində bu növ silahların mövcud olduğu bir vaxtda, Tehrandan ballistik raket proqramını dayandırmağı tələb etməyi ədalətsizlik adlandırıb.

"Mən tamamilə aydın şəkildə bəyan etmək istəyirəm ki, ballistik raketlər məsələsində ikili standartlar ola bilməz", - deyə o qeyd edib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
23 IYUN 2026
Bütün Xəbərlər