Qəzzada 48 saatlıq sükut? - Hərbi əməliyyatlar dayanır
İsrailin Qəzza zolağındakı hərbi əməliyyatları iki sutkalıq dayandırıla bilər.
TodayPress TV xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.
Kanalın mənbələrinin məlumatına görə, bu məsələ ilə bağlı ilkin razılıq Misirin paytaxtında keçirilən Qəzza üzrə danışıqların son raundunda əldə olunub.
Telekanal həmçinin qeyd edib ki, Qahirə məsləhətləşmələrinin iştirakçıları anklavda atəşkəs haqqında razılaşmanın ikinci mərhələsinin icrası ilə bağlı "danışıqların aparılması üçün zəmin hazırlamaq" barədə razılığa gəliblər.
Misir rəsmiləri və Fələstin fraksiyalarının nümayəndələri hələlik bu məlumatı şərh etməyiblər.
Qeyd edək ki, Qahirədəki məsləhətləşmələr iyunun 7-dən bəri davam edir.
Aysel Mətləb