Qətərdəki helikopter qəzasında Türkiyənin üç vətəndaşı həlak olub - Yeniləndi

Gündəm

22.03.2026 15:15

Ölkənin ərazi sularında helikopterin düşməsi nəticəsində Qətər Silahlı Qüvvələrinin (SQ) dörd hərbi qulluqçusu, Türkiyə Silahlı Qüvvələrinin bir hərbçisi və Türkiyə şirkətinin iki əməkdaşı həlak olub.

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.

"Martın 21-i axşam saatlarında Qətər və Türkiyə silahlı qüvvələrinin birləşmiş komandanlığının fəaliyyəti çərçivəsində təlim tapşırıqlarını yerinə yetirən Qətər SQ-yə məxsus helikopter texniki nasazlıq səbəbindən dənizə düşüb", - bəyanatda deyilir.

Qəza nəticəsində göyərtədə olan yeddi nəfər, o cümlədən hər iki ölkənin hərbi qulluqçuları və Türkiyənin "Aselsan" şirkətinin əməkdaşları həlak olub.

***

12:42

Qətərin ərazi suları üzərində hərbi helikopterin qəzaya uğraması nəticəsində altı nəfər həlak olub.

TodayPress TV xəbər verir ki, bu barədə Qətərin Daxili İşlər Nazirliyinin sosial media hesabında bildirilib.

Helikopterin göyərtəsində yeddi nəfər olub. Departament sonuncu şəxsin axtarışının davam etdiyini vurğulayıb.

Xatırladaq ki, qəza martın 22-si gecə baş verib. Helikopter dənizə düşüb.

Nicat Osman

tag: Helikopter,Qəza,Qətər,Axtarış,Todaypress.tv,