Qazımız kəsilsə, gözümüzü Azərbaycana dikəcəyik -Ermənistandan yalvarış
Əgər Ermənistanda rus qazının qiyməti qalxarsa, hazırkı tariflər 2027-ci ilin əvvəlinə qədər qüvvədə qalacaq.
TodayPress TV xəbər verir ki, bu barədə İctimai Xidmətləri Tənzimləyən Komissiyanın sədri Mesrop Mesropyan jurnalistlərlə brifinqdə məlumat verib.
"Alternativlər qonşu ərazilərdə – Azərbaycandan, Türkmənistandan və ya İrandan mövcuddur. Qaz satan və infrastrukturu bu ölkələrdən qaz almağa imkan verən bütün mümkün ölkələrdən təbii ki, alacağıq”, - deyə o qeyd edib.
Mesropyanın sözlərinə görə, Ermənistanda elektrik enerjisinin təxminən 30-35 faizi istilik elektrik stansiyalarında istehsal olunur, buna görə də qazın qiyməti qalxarsa, elektrik enerjisi tarifinə təsiri mənfi olacaq.
Aysel Mətləb