Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib?

Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib?
31.07.2026 15:14 Gündəm

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstanın ali dövlət mükafatı olan “Manas” ordeni ilə təltif olunub.

TodayPress TV Axar.az-a istinadən xəbər verir ki, “Manas” ordeni 1996-cı ildə təsis edilib.

Orden dövlətin və demokratik cəmiyyətin qorunması və möhkəmləndirilməsi, milli birlik, ölkənin iqtisadi, mənəvi və intellektual potensialının artırılmasında görkəmli töhfələrə görə verilir.

“Manas” ordeni üç dərəcədən ibarətdir: 1-ci dərəcəli “Manas” ordeni, 2-ci dərəcəli “Manas” ordeni və 3-cü dərəcəli “Manas” ordeni.

Bundan öncə görkəmli qırğız yazıçısı Çingiz Aytmatov, BMT-nin keçmiş baş katibi Kofi Annan, Türkiyənin keçmiş prezidenti Süleyman Dəmirəl, Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev, Rusiya Prezidenti Vladimir Putin, Çin lideri Si Szinpin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Prezidenti Şövkət Mirziyayev 1-ci dərəcəli “Manas” ordeni ilə təltif olunublar.


FOTOLAR

Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib? — 1
Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib? — 2
XƏBƏR LENTİ
31 IYUL 2026
Bütün Xəbərlər