Pakistan rəhbərliyi ABŞ-İran danışıqları üçün İsveçrəyə gedəcək
Pakistanın Baş naziri Şahbaz Şərif və ölkənin ordu komandanı Asim Munir ABŞ-İran danışıqlarında vasitəçilik etmək üçün bazar günü İsveçrəyə səfər edəcəklər.
TodayPress TV xəbər verir ki, bu barədə Pakistan hökumət rəsmisi "Al Jazeera Arabic" kanalına bildirib.
Qeyd edək ki, İranın yüksəkrütbəli rəsmiləri danışıqlar üçün artıq İsveçrəyə yola düşüblər.
Aysel Mətləb