Nazirlik bayraq skandalına aydınlıq gətirdi - Səbəb bu imiş...
Gündəm
10.11.2025 13:43
9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Mədəniyyət Nazirliyinin paylaşdığı poster sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
TodayPress TV xəbər verir ki, nazirliyin rəsmi hesablarında yayımlanan fotoda ölkəmizin rəsmi dövlət bayrağındakı 8 guşəli ulduz 7 guşəli ulduz şəklində təsvir olunub. Bu səbəbdən paylaşım bir çox izləyicilər tərəfindən tənqid edilib.
Məsələ ilə bağlı TodayPress TV Mədəniyyət Nazirliyinə sorğu ünvanlayıb.
Qurumdan cavab olaraq bayraq təsvirlərinin yer aldığı linklər sayta təqdim edilib və bildirilib ki, bayraq dalğalanarkən ulduzlar tam görünməyib.
Buna baxmayaraq, sosial şəbəkə istifadəçiləri hesab edirlər ki, rəsmi qurumun paylaşımında belə simvolik detalın səhv əks olunması yolverilməzdir. Dövlət rəmzlərinin düzgün təbliğinə xüsusi diqqət yetirilməlidir.
Türkan İsgəndərli
tag: Mədəniyyət Nazirliyi,Bayraq,Skandal,Sorğu,Todaypress.tv,
