Məşhur şairimizin "İslamla Turan qurmaq olmaz" sözləri sosial şəbəkələri qarışdırdı - VİDEO

Məşhur şairimizin "İslamla Turan qurmaq olmaz" sözləri sosial şəbəkələri qarışdırdı - VİDEO
27.07.2026 11:59 Gündəm

Xalq şairi Rüstəm Behrudi AHB TV-yə müsahibəsində Türkçülük ideyası, Türk Dövlətləri Təşkilatı və din-dövlət münasibətləri barədə diqqətçəkən fikirlər səsləndirib.

TodayPress TV xəbər verir ki, şair Turan ideyasının dini əsaslar üzərində qurulmasına qarşı olduğunu bildirib.

"Dövlət ayrıdır, din ayrıdır, millət ayrıdır. İslamla dövlət qurmaq olmaz. İslamla Turan qurmaq olmaz", – deyə Rüstəm Behrudi vurğulayıb. 

Şairin sözlərinə görə, Türk Birliyi milli kimlik və ortaq dəyərlər üzərində formalaşmalıdır. O, bildirib ki, dinlə millət anlayışını eyniləşdirmək düzgün yanaşma deyil.

Rüstəm Behrudi çıxışında həmçinin Türk Dövlətləri Təşkilatının fəaliyyətinə də toxunaraq, təşkilatda Türkçülük ideyasına münasibətdə ziddiyyətlərin olduğunu iddia edib. Onun sözlərinə görə, Türk Birliyini təmsil edən şəxslərin Türkçülükdən imtina ilə bağlı açıqlamaları bu ideyanın mahiyyəti ilə ziddiyyət təşkil edir. 

Jalə Rövşən 

XƏBƏR LENTİ
27 IYUL 2026
Bütün Xəbərlər