Məşhur jurnalist vəfat etdi

Gündəm

27.03.2026 09:11

"Azərbaycan" qəzetinin şöbə müdiri, Vətən müharibəsinin iştirakçısı olan tanınmış jurnalist Rəşad Baxşəliyev 48 yaşında vəfat edib.

TodayPress TV  xəbər verir ki, R.Baxşəliyev ötən il ağır ürək əməliyyatı keçirib. Ölümünə də ürək tutmasının səbəb olduğu bildirilir.

Qeyd edək ki, Rəşad Baxşəliyev 1978-ci ildə Mingəçevir şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Uzun illər "Şərq" qəzetində çalışıb. Sonra fəaliyyətini rəsmi dövlət mətbuat orqanı olan "Azərbaycan" qəzetində davam etdirib. O, Parlament Jurnalistləri Birliyinin üzvü idi.

R.Baxşəliyev 2020-ci ildə Vətən müharibəsi başlayan kimi ordu sıralarına qoşulub. Müharibədə zabit kimi döyüşüb, bir necə medalla təltif olunub.

Allah rəhmət etsin!

TodayPress TV 

tag: Rəşad Baxşəliyev ,Jurnalist ,Vəfat,"Azərbaycan" qəzeti,Todaypress.tv,