M10 istifadəçilərinin DİQQƏTİNƏ! Yaranan problem...

Gündəm

04.02.2026 14:44

Dünən axşam saatlarından etibarən M10 Platformasında müəyyən fasilələr yaranıb.

Şirkətin mətbuat şöbəsi  TodayPress TV-nin sorğusuna cavab olaraq bildirib ki,  3 fevral tarixində xarici mənşəli merchant-lardan bəzi istifadəçi hesablarına müəyyən məbləğlərdə vəsait daxil olduğu müşahidə edilib. 

Təhlükəsizlik və tənzimləyici tələblərə uyğun olaraq, həmin hesablar müvəqqəti olaraq dondurulub.

"Hazırda məsələ M10-nun müvafiq komandaları tərəfindən araşdırılır və nəticələrə uyğun tədbirlər görüləcək". 

Platformadan qeyd olunub ki, müvəqqəti fasilə baş verməsinə baxmayaraq, hazırda bütün əməliyyatlar tam bərpa olunub.

M10 komandası istifadəçilərdən yaranmış narahatlığa görə üzr istəyib və göstərilən anlayış və etimada görə təşəkkür edib. 

Qeyd edək ki, hazırkı məlumata görə, istifadəçilər platformada karta pul köçürmə əməliyyatının hələ də mümkün olmadığını bildirirlər.

Jalə Rövşən

TodayPress TV

tag: M10,Platforma ,Fasilə ,Kart,Todaypress.tv,