Kremldən mediaya gizli təlimat: Paşinyanın qələbəsini "məğlubiyyət" kimi təqdim edin!

Kremldən mediaya gizli təlimat: Paşinyanın qələbəsini "məğlubiyyət" kimi təqdim edin!
08.06.2026 19:10 Gündəm

Moskvada Ermənistanın Baş naziri Nikol Paşinyanın seçkilərdəki qələbəsini "məğlubiyyət" kimi təqdim etməyə çalışırlar.

TodayPress TV xəbər verir ki, bu barədə "Meduza" məlumat yayıb.

Bildirilib ki, Rusiya Prezidenti Vladimir Putin administrasiyası Rusiyanın hakimiyyətyönlü mediasına Ermənistandakı seçkilərin işıqlandırılması ilə bağlı tövsiyələr göndərib. Xüsusilə, jurnalistlərə Paşinyanın "Mülki Müqavilə" partiyasının 50%-dən az səs topladığına diqqət çəkmək və seçkilərdə qalib gəlməsinə baxmayaraq, bunu bir "məğlubiyyət" kimi qələmə vermək təklif olunur.

Həmçinin, mediaya seçkilərdə yol verilən qanunsuzluqlar barədə xəbərlərə daha çox yer ayırmaq tövsiyə edilib.

TodayPress TV

XƏBƏR LENTİ
08 IYUN 2026
Bütün Xəbərlər