Köçəryan Azərbaycanla sərhəddə təxribat törətdi...

Gündəm

11.05.2026 14:40

“Ermənistan” blokunun baş nazirliyə namizədi Robert Köçəryan seçki kampaniyası çərçivəsində Göyçə mahalının Şişqaya kəndinə gəlib.

TodayPress TV xəbər verir ki, o, Şişqaya (ermənilər 1991-ci ildən sonra, azərbaycanlıların zorla deport olunmasından sonra kəndin adını dəyişib, “Geğamasar” qoyub) kəndi sakinləri ilə görüşüb.

Köçəryana əvvəlcədən təşkil edilmiş şəkildə “artsax bayrağı” təqdim edilib və “artsax bizimdir” şüarı səsləndirilib.

Qeyd edək ki, Şişqaya Göyçə gölünün şərqində, Azərbaycanla sərhəddə yerləşir.

TodayPress TV

tag: Ermənistan,Robert Köçəryan,Şişqaya ,Təxribat ,Todaypress.tv,