İranlı siyasətçidən papaqsız sözlər: İran qərar verərsə, Azərbaycanı 3 saat ərzində məhv edə və onu əyalətə çevirər - VİDEO
Rəsmi Tehran qərar verəcəyi təqdirdə, Azərbaycanı cəmi 3 saat ərzində məhv edə bilər.
TodayPress TV xəbər verir ki, bunu İranlı millət vəkili Əbülfəz Zöhrəbəndi deyib.
Zöhrəbəndi həddini bir az da aşaraq Azərbaycanı İranın tərkib hissəsi olan bir əyalətə çevirmək niyyətində olduqlarını bildirib.
Onun təhdidkar ritorikası Azərbaycana qarşı düşmənçilik mövqeyini nümayiş etdirir.
Bəzi iranlı "siyasətçilər" müntəzəm olaraq Azərbaycanı məhv etməklə və Bakıda İran bayrağını qaldırmaqla bağlı açıq hədələr səsləndirirlər.
Jalə Rövşən