İftardan sonra siqaret çəkmək orucu batil edir? – AÇIQLAMA

Gündəm

21.02.2026 16:29

"İftardan sonra siqaret çəkmək orucu batil etmir". 

Bu sözləri TodayPress TV-yə açıqlamasında ilahiyyatçı Yaşar Qurbanov deyib. 


Onun sözlərinə görə, içki isə haramdır və iftardan sonra içki içmək düzgün hesab edilmir.

"Pis söz demək və əxlaqsız ifadələr orucu batil etməsə də, orucun savabını azaldır. Peyğəmbərimiz (s.ə.v) buyurur ki, oruc tutan insan pis söz danışmamalıdır; hətta onu biri incitsə belə, “mən orucam” deməlidir".

Yaşar Qurbanov Ramazan ayında müsəlmanlara həm fiziki, həm də mənəvi baxımdan diqqətli olmağı tövsiyə edib. 

O vurğulayıb ki, oruc təkcə aclığa dözmək deyil, insanın davranışlarını və sözlərini nəzarətdə saxlaması üçün də bir fürsətdir. 

Qeyd edək ki, fevralın 19-dan Azərbaycanda Ramazan ayı başlayıb, Ramazan bayramı isə martın 20-də qeyd olunacaq.

Türkan İsgəndərli

TodayPress TV

tag: Yaşar Qurbanov,ilahiyyatçı ,İftar,Sİqaret,Todaypress.tv,