Hakan Fidan: "Ərəb ölkələri İrana son dəfə xəbərdarlıq ediblər""
Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, ərəb ölkələri İran ərazilərindəki hədəflərə endirilən zərbələrdən sonra bu ölkəyə "son xəbərdarlıq" ediblər.
TodayPress TV xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Diplomatın sözlərinə görə, Fars körfəzi ölkələri ABŞ və İsrailin hücumlarından sonra İslam Respublikasının niyə onların ərazisinə hücum etməyə başladığını düşünürlər. Bu ölkələr münaqişə ilə heç bir əlaqəsi olmadığını iddia edirlər.
"Körfəz Ərəb dövlətləri bildirirlər ki, əgər hazırkı təhdidlər davam edərsə, cavab tədbirləri görmək məcburiyyətində qalacaqlar. Ər-Riyadda son görüşdə bu məsələ ilə bağlı son xəbərdarlıq ediblər", - Fidan bildirib.