Gürcüstan Patriarx II İlya ilə vidalaşır -VİDEO

Gündəm

22.03.2026 13:51

Tbilisidə təxminən yarım əsr ölkənin ali mənəvi lideri vəzifəsində çalışmış Gürcüstan Patriarxı II İlyanın dəfn mərasimi keçirilir.

TodayPress TV xəbər verir ki, dəfn mərasimini "Sputnik" yayımlayır.

Vida mərasimi Gürcüstan Pravoslav Kilsəsinin əsas kafedralı Tsminda Samebada keçirilir, bundan sonra patriarx Sioni kafedralında dəfn olunacaq.

Yüzlərlə dindar kilsədə toplaşıb. Dəfn mərasiminin keçirildiyi kilsədən Sioni kafedralına qədər dəhliz salınıb və keşişin cənazəsi bu dəhliz boyunca aparılacaq.

Paytaxtın mərkəzində patriarxın həyatından videolar yayımlanan ekranlar quraşdırılıb.

Xatırladaq ki, Patriarx II İlya 17 martda 93 yaşında vəfat edib. O, 1977-ci ildən bəri patriarxal taxt-taca rəhbərlik edirdi.


tag: Tbilisi,Gürcüstan ,Dəfn,Kilsə,Todaypress.tv,