"Google" Ermənistanın ortasında Azərbaycan kəndini bərpa etdi - Kərkidə ilk Azərbaycan ismi

Gündəm

20.05.2026 22:20

"Google Maps" Ermənistan ilə Azərbaycan arasındakı sərhəd ərazilərində yerləşən kəndlərin adlarında mühüm dəyişikliklər edib.

TodayPress TV xəbər verir ki, platforma kəndlərin tarixi Azərbaycan adlarını ön plana çıxarmağa başlayıb.

Aparılan dəyişikliklərə əsasən, 1990-cı illərdən bəri Ermənistanın nəzarətində olan və ermənilər tərəfindən "Tiqranaşen" adlandırılan Naxçıvanın Kərki kəndi xəritədə artıq yalnız Kərki olaraq qeyd edilir. Erməni dilindəki uydurma ad platformadan tamamilə silinib.

Bənzər dəyişikliklər digər kəndlərə də şamil edilib:

Sofulu və Barxudarlı kəndlərinin adları xəritədə birbaşa Azərbaycan dilindəki forması ilə yer alıb.

Yuxarı Əskipara kəndi üçün isə hazırda yalnız latın qrafikalı ad saxlanılıb.

Azərbaycan ərazisindəki keçmiş anklav olan Başkənd (Artsvaşen) isə hələlik erməni dilində göstərilir.

Aysel Mətləb

TodayPress TV

tag: Google Maps,Ermənistan,Azərbaycan,Kərki,TodayPress TV,