Flora Kərimova xəstəxanaya yerləşdirildi - Son vəziyyəti AÇIQLANDI

Flora Kərimova xəstəxanaya yerləşdirildi - Son vəziyyəti AÇIQLANDI
13.06.2026 21:31 Gündəm

Azərbaycanın Xalq artisti Flora Kərimova səhhətində yaranan narahatlıq səbəbindən xəstəxanaya yerləşdirilib.

TodayPress TV xəbər verir ki, sənətkarın müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb.

Eyni zamanda, Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov da xalq artistinə baş çəkib. O, həkimlərlə görüşərək müalicə prosesinin gedişi barədə ətraflı məlumat alıb.

Sənətkarın yaxınlarının verdiyi məlumata əsasən, Flora Kərimovanın vəziyyəti hazırda həkim nəzarəti altında stabildir və sağlamlığının bərpası istiqamətində bütün zəruri tibbi tədbirlər görülür. (Apa)

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər