Fidan Bakı-İrəvan sülhündən sonra nə olacağını AÇIQLADI

Fidan Bakı-İrəvan sülhündən sonra nə olacağını AÇIQLADI
29.08.2026 18:17 Gündəm

Türkiyənin xarici işlər naziri Hakan Fidan Cənubi Qafqazda vahid təhlükəsizlik arxitekturasının yaradılması imkanını gündəmə gətirib.

TodayPress TV xəbər verir ki, Fidanın sözlərinə görə, belə bir model Azərbaycan və Ermənistan arasında münasibətlər tam normallaşdıqdan və sülh sazişi imzalandıqdan sonra reallaşa bilər.

Diplomat bunun hələlik yalnız strateji perspektiv olduğunu, aktiv danışıqlar mövzusu kimi nəzərdən keçirilmədiyini vurğulayıb.

Fidan regionda sabitliyin əsas amillərindən biri kimi Türkiyə-Azərbaycan strateji müttəfiqliyini göstərib. Onun sözlərinə görə, Ankara və Bakı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına dəstəyi davam etdirir və yekun sülhü Cənubi Qafqazın təhlükəsizliyinin əsas şərti hesab edir.

Kübra Musayeva

XƏBƏR LENTİ
29 AVQUST 2026
Bütün Xəbərlər