Eynulla Fətullayev "Ağabala"nı da satdı - Milyonluq dəyərə

Eynulla Fətullayev "Ağabala"nı da satdı - Milyonluq dəyərə
10.06.2026 13:59 Gündəm

Sosial şəbəkələrdə Haqqin.az-ın satılması və saytın idarəçiliyinin dəyişməsi fonunda Eynulla Fətullayevə aid olduğu deyilən başqa bizneslə bağlı da iddialar gündəmə gəlib.

Belə ki, onun Bakıda “Ağabala” adlı restoranının olduğu bildirilir. Bununla yanaşı saytlar Eynulla Fətullayevdən mövqe öyrənməyə çalışdıqlarını lakin əlaqə saxlaya bilmədiklərini iddia ediblər.

TodayPress TV xəbər verir ki, mövzu ilə bağlı Fətullayev açıqlama verib.

O, hazırda biznes fəaliyyətinin olmadığını vurğulayıb:

"Sizdən mənə heç kim müraciət etməyib, məlumat üçün bildirirəm ki, “Ağabala” restoranını çoxdan satmışam… Azərbaycan ərazisində biznes fəaliyyətim yoxdur".

Qeyd edək ki, Azərbaycanda restoran biznesi və obyektlərin qiyməti yerləşdiyi məkandan, sahədən və təmir səviyyəsindən asılı olaraq geniş dəyişir. Qiymətlər təxminən 65 min AZN-dən başlayıb, paytaxt mərkəzində 3 milyon AZN-ə qədər yüksəlir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
10 IYUN 2026
Bütün Xəbərlər