"Ermənistanın milli musiqisi: "Arşın mal alan"" - İrəvan köhnə xislətindən əl çəkmir - VİDEO
İrəvanda dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin dünyaşöhrətli "Arşın mal alan" musiqili komediyası növbəti dəfə plagiat və mədəni mənimsəmə obyektinə çevrilib. Ermənilər əsəri milli geyimlər və təhrif olunmuş detallarla təqdim edərək, Azərbaycanın qeyri-maddi mədəni irsini açıq şəkildə oğurlamağa cəhd göstərir.
TodayPress TV xəbər verir ki, bu barədə görüntülər Ermənistan sosial mediasında geniş yayılıb.
Görüntülərdə "Arşın mal alan" operettasını Ermənistanın milli musiqisi kimi təqdim edirlər.
"Arşın mal alan" operettası 1913-cü ildə dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən Bakıda qələmə alınıb. Əsər XX əsrin əvvəllərindəki Azərbaycan cəmiyyətinin real məişətini, adət-ənənələrini və sosial mühitini yumoristik dillə tənqid edən saf bir Azərbaycan məhsuludur.
Ermənistan teatrlarının və yaradıcı kollektivlərinin bu əsəri müəllif hüquqlarını pozaraq, üzərindən Azərbaycan izlərini silməyə çalışmaqla səhnələşdirməsi ilk belə hal deyil. İrəvanda baş tutan son nümayişlərdə personajların Azərbaycan milli geyimlərinin elementlərini daşıması, lakin əsərin "erməni mədəniyyət nümunəsi" kimi qələmə verilməsi beynəlxalq hüquq normalarına və bədii etikaya tamamilə ziddir.
Qeyd edək ki, əsər XX əsrin əvvəllərindəki Azərbaycan cəmiyyətinin real məişətini, adət-ənənələrini və sosial mühitini yumoristik dillə tənqid edən saf bir Azərbaycan məhsuludur.
Jalə Rövşən