Ermənilərdən təmizlənən Qarabağın meşələri vətəndaşlarımız ucbatından zibil qoxuyur – Jurnalistdən sərt tənqid

Ermənilərdən təmizlənən Qarabağın meşələri vətəndaşlarımız ucbatından zibil qoxuyur – Jurnalistdən sərt tənqid
27.07.2026 10:43 Gündəm

Jurnalist Anar Məmmədov Qarabağda qarşılaşdığı acınacaqlı mənzərə ilə bağlı ciddi  narahatlığını ifadə edib.

TodayPress TV xəbər verir ki, o, sosial şəbəkə hesabında paylaşdığı fikirlərdə bildirib ki,  Qarabağda   dövlət nəzarətinin zəif olduğu dağlıq və meşəlik ərazilər piknik edənlərin qoyub getdiyi məişət tullantıları ilə  dolub - daşır. 

"Üç gün Qarabağda oldum. Ermənilərdən təmizlənən dağlar və meşələr vətəndaşlarımız tərəfindən zibilxanaya çevrilib. Harada dövlətin nəzarəti yoxdursa, piknik edənlərin zibilləri ilə bərbad hala salınıb. Meşəliklər kiflənmiş qarpız iyi verir. Balaca arxda farel balığı olan suya zibil atarlar? Necə əliniz gəlir? Üç gün ərzində topladığım zibillərin hamısını Bakıda atdım. Sizlər də şəhid qanı tökülən torpağa zibil atmayın…",- deyə, o, vətəndaşlara çağırış edib. 

Jalə Rövşən 

FOTOLAR

Ermənilərdən təmizlənən Qarabağın meşələri vətəndaşlarımız ucbatından zibil qoxuyur – Jurnalistdən sərt tənqid — 1
XƏBƏR LENTİ
27 IYUL 2026
Bütün Xəbərlər