Bu dəfə “Muleyli” ni seçdilər - Erməni toyunda Azərbaycan xalq mahnısı - VİDEO
Ermənistanın paytaxtı İrəvanda Azərbaycan xalq mahnısı “Muleyli” (və ya “Bu Leyli”) səsləndirilib.
TodayPress TV xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə ermənilərin mahnının sədaları altında rəqs etdiyi əks olunub.
Video qısa zamanda geniş müzakirələrə səbəb olub.
“Muleyli” Azərbaycan musiqi irsinin məşhur nümunələrindən biridir və müxtəlif ifaçılar tərəfindən fərqli üslublarda səsləndirilib.
Jalə Rövşən