Bu, Azərbaycanla müharibə olardı, mən mazoxistəm?

Bu, Azərbaycanla müharibə olardı, mən mazoxistəm?
27.08.2026 16:02 Gündəm

Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisi 29 743 kvadratkilometrdir və bu əraziyə Azərbaycanın üç anklavı daxil deyil.

TodayPress TV Axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Mən Kərkinin qaytarılmasından danışmamışam. Sadəcə belə bir ərazinin mövcud olduğunu qeyd etmişəm. 29 743 kvadratkilometr Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisidir. Ermənistanın eksklavları, o cümlədən Artsvaşen (Başkənd) də bu əraziyə daxildir. Əgər biz bundan çıxış etmiriksə, faktiki olaraq deyirik ki, Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisi 29 743 deyil, məsələn, 29 755 kvadratkilometrdir. Bu isə dolayı yolla Azərbaycana müharibə elan etmək demək olardı. Mən bütün bunları niyə deyirəm? Torpaqları təhvil verməkdə və xəyanətdə ittiham olunmağımıza baxmayaraq, mən bunu niyə edim? Mən mazoxistəm? Mən bunları hakimiyyətdə qalmaq üçün deyil, təhlükəni aradan qaldırmaq üçün edirəm. Hazırda Ermənistan və Azərbaycan arasında anklavlarla bağlı müzakirələr aparılmır. Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı problemlər qalır. Daxildə və xaricdə sülhü pozmağa və eskalasiyaya səbəb olmağa çalışan qüvvələr var”, - Paşinyan bildirib.

TodayPress TV

XƏBƏR LENTİ
27 AVQUST 2026
Bütün Xəbərlər