Britaniya İrandakı vətəndaşlarına təcili çağırış etdi– Azərbaycan sərhədi ilə bağlı vacib xəbərdarlıq

Britaniya İrandakı vətəndaşlarına təcili çağırış etdi– Azərbaycan sərhədi ilə bağlı vacib xəbərdarlıq
23.07.2026 12:41 Gündəm

Böyük Britaniya öz vətəndaşlarına İrana səfər etməməyi tövsiyə edib və hazırda bu ölkədə olan britaniyalıları təhlükəsizlik risklərini ciddi qiymətləndirməyə çağırıb.

TodayPress TV Azpost.info-ya istinadən bildirir ki, Britaniyanın Xarici İşlər, Birlik və İnkişaf Nazirliyinin (FCDO) yenilənmiş səyahət tövsiyəsində bildirilir ki, Britaniyanın İrandakı səfirliyi fəaliyyətini məsafədən davam etdirir.

Rəsmi xəbərdarlıqda qeyd olunur ki, İranda olan Britaniya vətəndaşları yerli və beynəlxalq xəbərləri diqqətlə izləməli, təhlükəsizlik və hərbi obyektlərin yaxınlığından uzaq durmalı, həmçinin ölkəni tərk etmək planlarını mütəmadi yenidən nəzərdən keçirməlidirlər.

Sənəddə vurğulanır ki, İranın qonşu ölkələrlə sərhədləri xarici vətəndaşlar üçün məhdudlaşdırıla və ya qısa müddətdə bağlana bilər. Quru sərhədi ilə ölkədən çıxmaq istəyən şəxslərə əvvəlcədən giriş qaydalarını və viza tələblərini yoxlamaq tövsiyə olunur.

Azərbaycan sərhədi ilə bağlı xüsusi qayda

FCDO Azərbaycanın İranla sərhədini keçmək istəyən Böyük Britaniya vətəndaşları üçün ayrıca prosedur müəyyən edildiyini açıqlayıb. Bildirilib ki, Britaniya Xarici İşlər Nazirliyi əvvəlcədən vətəndaşın məlumatlarını Azərbaycan hakimiyyətinə təqdim etməli və bunun əsasında xüsusi qeydiyyat kodu alınmalıdır. Bundan əlavə, Azərbaycana daxil olmaq üçün etibarlı viza da tələb olunur.

Türkiyə sərhədində də məhdudiyyətlər var

Nazirliyin məlumatına görə, İran-Türkiyə sərhədi Britaniya və İran pasportu sahibləri üçün vizasız keçid baxımından açıq qalsa da, quru sərhədini keçmək istəyən Britaniya vətəndaşları əvvəlcədən Ankaradakı Böyük Britaniya səfirliyi ilə əlaqə saxlamalıdırlar.

Bununla yanaşı, Türkiyə hakimiyyəti İran tərəfinin Esendere–Sero sərhəd-keçid məntəqəsini gündəlik ticarət məqsədilə bağladığını da açıqlayıb.

Britaniya Xarici İşlər Nazirliyi vurğulayır ki, İrandan quru yolla çıxmağa qərar verən şəxslər bunu tamamilə öz riskləri ilə həyata keçirirlər və sərhəddə yaranacaq problemlərə görə əvvəlcədən hazırlıqlı olmalıdırlar.

TodayPress TV

XƏBƏR LENTİ
23 IYUL 2026
Bütün Xəbərlər