Benzin vergisi niyə dayandırılır? - Tramp planını açıqladı
Gündəm
11.05.2026 20:42
ABŞ Prezidenti Donald Tramp İranla müharibə fonunda yanacaq qiymətlərinin artmaqda davam etdiyi bir vaxtda federal benzin vergisini “müəyyən müddətə” dayandırmaq və qiymətlər aşağı düşdükdən sonra onu mərhələli şəkildə bərpa etmək niyyətindədir.
TodayPress TV bu barədə o, "CBS News"a telefon müsahibəsində deyib.
“Bəli, biz benzin vergisini müəyyən müddətə ləğv edəcəyik və benzin ucuzlaşanda onu tədricən geri qaytaracağıq. Amma bəli, biz bu məsələ ilə bağlı addım atacağıq”, - deyə Ameriks lideri bildirib.
Benzin üçün hər qallon üzrə 18,4 sent və dizel üçün 24,4 sent təşkil edən federal aksiz vergilərinin dayandırılması üçün Konqresin qərarı tələb olunur. Konqres isə indiyədək yanacaq xərclərini azaltmaq məqsədilə bu vergini dayandırmağa ciddi maraq göstərməyib.
tag: Benzin,Qiymət,Tramp,İran,TodayPress TV,
