Baş Gömrük İdarəsində əməliyyat - Saxlanılanlar arasında rəis də var

Baş Gömrük İdarəsində əməliyyat - Saxlanılanlar arasında rəis də var
12.06.2026 10:20 Gündəm

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılan daha birinin adı məlum olub.

TodayPress TV xəbər verir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, saxlanılanlardan biri isə Füzuli Beynəlxalq Hava Limanı Gömrük Postunun rəisi Şamil İbadovdur. 

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsində əməliyyat keçirib.

Əməliyyat zamanı 4 gömrük əməkdaşı saxlanılıb.  Onlardan ikisi, Aysel və Xalidə adlı xanım əməkdaşlardır. 

İlkin məlumata görə, saxlanılanlardan birinin izahatı alınandan sonra sərbəst buraxılıb.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər