Bakı restoranlarında ŞOK İFTAR qiymətləri! – SİYAHI
Gündəm
20.02.2026 17:17
Ramazan ayında oruc tutanların bir qismi ənənəvi şəkildə evdə ailə üzvləri ilə iftarı açmağı üstün tutsa da, digərləri zəngin menyu təqdim edən restoranlara üz tuturlar.
TodayPress TV restoranlarda iftar menyularının qiymətlərini araşdırıb.
Premium xidmət və xüsusi menyu axtaranlar üçün bir sıra hotel və yüksək səviyyəli restoranlar iftar süfrələrini yüksək qiymətlərlə təqdim edir.
Məsələn, "Four Seasons" hotelində yerləşən "Zafferano" restoranında iftar menyusu 120 manat, "Günaydın" restoranında 90 manat civarındadır.

"Fairmont Baku"dakı “Le Bistro" 88 AZN, "Ağabala" və "Tribeca" isə menyunu 85 manata təklif edir.
Bir çox tanınmış restoranlar və hotel mətbəxləri iftar menyularını daha münasib qiymətə təklif edir. Belə məkanlar arasında "Sky Grill" və "Gizli Bahçe" kimi yerlərdə qiymətlər 70 AZN, "Hill" restoranı ilə "Etiler Meat House"da 50 AZN, "Societe Baku"da 50-70 AZN, "Ruby 360 Baku"da isə 45 AZN (servis haqları daxil) təşkil edir.

Şəhərin müxtəlif restoran və kafe-məkanlarında isə iftar menyusu bir nəfər üçün 20-40 manat arası dəyişir.
"Central Baku" - 44 AZN
"Senator" - 40 AZN
"Natavan - 35-45 AZN
"Khan Baku" - 35 AZN
"Mama Meri" - 30+ AZN
"Firuzə Restoranı" - 28.5 AZN
"Biz‑Bizə" - 28 AZN
"Mado" - 25-27 AZN
"Sədəf" - 20 AZN
"The Gallery Baku" - 25-35 AZN
"Caravan Baku" - 25 AZN
"Burc Qala" - 27 AZN.
Qeyd edək ki, bir çox restoranda əvvəlcədən rezervasiya mütləqdir.
Türkan İsgəndərli
tag: Restoran,İftar,Menyu,Qiymət,Todaypress.tv,
