"Azəriqaz"ın rəhbəri vətəndaşlara etinasız yanaşır" - Millət vəkilindən İRAD

Gündəm

02.01.2026 14:21

"Əvvəllər "Azəriqaz"ın rəhbəri hər həftə televiziyaya çıxır və proseslərlə bağlı bütün vətəndaşların suallarını cavablandırırdı. Lakin indi bir sıra hadisələr baş verir amma bu istiqamətdə hər hansı addım atılmır".

Bunu TodayPress TV-Milli Məclisin deputatı Fazil Mustafa deyib. 

Deputat qeyd edib ki, bu, ən önəmli sahələrdən biridir və davamlı diqqət tələb edir.

Parlamentari vurğulayıb ki, qurumlar və məmurlar vətəndaşı vaxtında məlumatlandırmalıdır:  

"Belə hallarda məsələni diqqətdə saxlamaq vacibdir və aidiyyəti qurumlar da bu istiqamətdə müvafiq addımlar atmalıdır. Dövlət vəzifəli şəxslərinin, məmurların vəzifəsi vətəndaşlara vaxtında və dəqiq məlumat verməkdir". 

Qeyd edək ki, Yanvarın 1-dən etibarən “Azəriqaz” İstehsalat Birliyinin smart kart tipli sayğaclarının fəaliyyətində problem yaranıb. Məsələ ilə bağlı uzun müddətli səssizlikdən sonra qurumdan bildirilib ki,  yaranmış çətinliyin qısa müddətdə aradan qaldırılması istiqamətində mütəxəssislər çox ciddi iş aparır.  

Jalə Rövşən


tag: Fazil Mustafa ,"Azəriqaz",Sayğac,Smart kart ,Todaypress.tv,