“Azəriqaz” İB-də 2025-ci ilin kommersiya fəaliyyəti üzrə müşavirə keçirildi

“Azəriqaz” İB-də 2025-ci ilin kommersiya fəaliyyəti üzrə müşavirə keçirildi
29.09.2025 12:26 Gündəm

"Azəriqaz” İB-nin kommersiya sahəsi üzrə 2025-ci il ərzində görülmüş işlərin nəticələrinə dair müşavirə keçirilib.

TodayPress TV xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyinin kommersiya sahəsində 2025-ci il ərzində görülmüş işlərin nəticələrinə və qarşıda duran vəzifələrə dair müşavirə keçirilib. Müşavirədə Birliyin rəhbərliyi, müvafiq departamentlərin nümayəndələri və regional idarələrin məsul şəxsləri iştirak ediblər.

Müşavirə zamanı satılan qazın dəyərinin ödənişi və debitor borcların idarə edilməsi istiqamətində regional idarələr üzrə həyata keçirilən tədbirlər, o cümlədən SOCAR rəhbərliyi tərəfindən Birlik qarşısında qoyulmuş hədəflərin icra vəziyyəti ayrı-ayrılıqda müzakirə edilib. Qeyd olunub ki, cari ilin 8 ayı ərzində vaxtı ötmüş debitor borcların yığımı 35 milyon manatdan çox olub, əhali və qeyri-əhali sektorları üzrə cari ödənişlər isə 100% təşkil edib.

Tədbirdə debitor borcu olan abonentlərin qaz təminatının dayandırılması və təbii qazdan qanunsuz istifadənin qarşısının alınması, zəruri hüquqi tədbirlərin görülməsi, eləcə də ManageFields proqram təminatından istifadə etməklə sahə işlərinə nəzarətin gücləndirilməsinin vacibliyi vurğulanıb.

Qəbul olunmuş qərarlar “Azəriqaz”ın xidmət keyfiyyətinin yüksəldilməsinə, enerji təhlükəsizliyinin təmin olunmasına və abonentlərlə işin səmərəliliyinin artırılmasına xüsusi töhfə verəcək.

TodayPress TV

FOTOLAR

“Azəriqaz” İB-də 2025-ci ilin kommersiya fəaliyyəti üzrə müşavirə keçirildi — 1
“Azəriqaz” İB-də 2025-ci ilin kommersiya fəaliyyəti üzrə müşavirə keçirildi — 2
XƏBƏR LENTİ
31 MAY 2026
İran Prezidenti iqtisadi çətinliklərin səbəblərini açıqladı 20:23 Saratovdan Xəzərə qədər: Zelenski yeni zərbələrdən danışdı 19:24 Qəzzada ölənlərin sayı AÇIQLANDI 18:15 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq etdi 20:57 HƏMAS-ın silah anbarları məhv edildi 18:13 Zirə 5 futbolçu ilə yollarını ayırdı 17:43 Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir 18:00 "Ermənilər xəritəyə baxsınlar, vəziyyət çətin olacaq" - Overçuk hədələdi 18:11 Neft bahalaşır: Avropa İttifaqı Rusiya ilə bağlı qərarı yenidən nəzərdən keçirir 16:53 İranla danışıqlarda yeni mərhələ: Tramp şərtləri ağırlaşdırır 19:12 Bu ölkə 180 min hərbçilik ehtiyat qoşun yaratmaq istəyir 16:48 Nizaminin Gürcüstandakı abidəsi təhqir olundu - [[VİDEO ]] 18:42 İran ABŞ-yə şərt qoydu: Etibar yaradan addımlar atılmalıdır 16:44 İsrail Livandakı strateji mövqelərini tərk etməyəcək - Kats açıqladı 16:40 Sabahın havası meteohəssas insanlar üçün necə olacaq? 16:19 Livanda ölənlərin sayı açıqlandı 16:08 Bu ailələrə hər ay 500-650 manat ödənilir 15:39 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət etdi 15:18 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Bütün Xəbərlər