“Ay camaat, bu, ayılma və ayrılma nöqtəsidir”

Gündəm

18.02.2026 22:40

NİYƏ QISAMÜDDƏTLİK?

Tanışlardan biri son 5 ildə 30-dan çox iş yeri dəyişib. Səbəbini soruşanda da hər dəfə bunu deyib: “İlk münaqişə qırılma nöqtəm oldu.”

Bu, iş dəyişənlərin əksəriyyətində belədir. Düzdür, bir qismi etiraf etmir.

Azərbaycanda necə ki, hesab edilir, münaqişə ailəni möhkəmləndirir, eləcə də hesab olunur:

“MÜNAQİŞƏ KOLLEKTİVİ MÖHKƏMLƏNDİRİR”

Azı hər çalışan bircə dəfə kollektivdə fövqəladə hallarda “Biz bir ailəyik” devizini eşidib.

Və nədənsə, bu, ya böyük münaqişə ərəfəsində, ya da böyük maliyyə sıxıntısı ərəfəsində səsləndirilib. Bu başqa mövzudur...

Həqiqət isə budur ki, münaqişə hər zaman “ayılma” və “ayrılma” nöqtəsi olur.

Özlüyündə kiçik bir analiz apar. Xatırla içində olduğun münasibətlərdəki və kollektivlərdəki münaqişələri.

Bu münaqişələrin sonu ayrılıq olmayıbmı? Uzunmüddətli və ya qısamüddətli olmasının fərqi yoxdur, sən nəticəyə bax. Görəcəksən, könlünün qırılma nöqtəsi ayaqlarını necə hərəkətə gətirib. Uzaqlaşmısan. Ya zamanla, ya da zamansız — anındaca...

İndi əsas sual ortaya çıxır: yazının əvvəlindəki tanışıma haqq qazandırmaq olar, yoxsa yox?

TEZ-TEZ İŞ DƏYİŞƏNLƏR DOĞRU EDİR, YOXSA YANLIŞ?

Ardı var...

Günəş Mərd

tag: Yeni, İş, Münaqişə, Kollektiv, todaypress.tv,