Anadır arzulara hər zaman "Qarabağ"- Ermənilər Azərbaycan mahnısına qol qaldırıb oynadılar - VİDEO
İrəvanda Azərbaycanın mədəni irsinə aid olan “Qarabağ” mahnısının səsləndirilməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
TodayPress TV xəbər verir ki, yayılan görüntülərdə Ermənistan paytaxtında bir qrup insanın Azərbaycan musiqisi altında rəqs etdiyi əks olunub.
Qeyd edək ki, sözləri və musiqisi Bəhram Nəsibova məxsus olan “Qarabağ” mahnısı Azərbaycan mədəniyyətində mühüm yer tutur. Bu mahnı Azərbaycan üçün xüsusi simvolik əhəmiyyət daşıyır.
Sözügedən görüntülərdə bir qrup erməninin Nikol Paşinyanın parlament seçkilərində qələbəsini qeyd etmək məqsədi ilə bir araya gəldiyi qeyd edilir.
Hadisə sosial mediada maraqla qarşılanıb.
Jalə Rövşən