ABŞ və İran sabah İsveçrədə görüşəcək – Pakistan XİN rəsmi açıqladı
ABŞ və İran arasında texniki məsləhətləşmələr iyunun 21-də İsveçrənin Bürgenştok şəhərində keçiriləcək.
TodayPress TV xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, ABŞ və İran nümayəndələri, Pakistan ilə Qətərdən olan vasitəçilərlə birlikdə müzakirələrdə iştirak edəcəklər.
Bildirilib ki, Pakistan vasitəçi rolunda prosesi asanlaşdırmağa davam edəcək:
"Məqsəd sülh prosesini inkişaf etdirmək, İslamabadda əldə olunan razılaşmalar əsasında Qarşılıqlı Anlaşma Memorandumunu icrasına başlamaqdır".