ABŞ rəsmisi ELAN ETDİ: İsrail-Livan danışıqları BU tarixdə baş tutacaq!

ABŞ rəsmisi ELAN ETDİ: İsrail-Livan danışıqları BU tarixdə baş tutacaq!
11.08.2026 22:48 Gündəm

ABŞ İsrail və Livan arasında yeni danışıqlar raunduna sentyabrın əvvəlində İtaliyanın paytaxtı Romada ev sahibliyi edəcək.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmisi "AFP"yə bildirib.

"Siyasi proses sentyabrın əvvəlində Romada yenidən başlayacaq və bu müddət ərzində Beyrut, Qüds və Vaşinqtonda danışıqlar davam etdiriləcək", - deyə o vurğulayıb və əlavə edib ki, ABŞ gedişatın müsbət olduğuna inanır.

Xatırladaq ki, İsrail və Livan arasında ABŞ-nin vasitəçiliyi ilə keçirilən yeddinci danışıqlar raundu ötən həftə Romada baş tutub.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
11 AVQUST 2026
Bütün Xəbərlər