7-ci raundu başa çatdı - Livan və İsrail BMT-yə birgə müraciət edir

7-ci raundu başa çatdı - Livan və İsrail BMT-yə birgə müraciət edir
06.08.2026 19:32 Gündəm

Livan və İsrail nümayəndə heyətləri Romada ABŞ-nin himayəsi altında keçirilən danışıqların yeddinci raundunun gedişində yeni qətnamənin qəbul edilməsi xahişi ilə BMT Təhlükəsizlik Şurasına müraciət etmək barədə razılığa gəlib.

TodayPress TV xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.

Qətnamə BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) mandatı başa çatdıqdan sonra Livanın cənubunda təhlükəsizliyin təmin edilməsi üçün hüquqi əsas olacaq.

"UNIFIL-in missiyası başa çatdıqdan sonrakı dövr üçün əsas kimi yeni qətnamənin qəbul edilməsi məqsədilə Təhlükəsizlik Şurasına müraciət olunmasına dair razılıq əldə edilib", - deyə telekanal mənbənin sözlərini sitat gətirib.

Əldə edilmiş razılaşmaların digər təfərrüatları verilmir.

TodayPress TV

XƏBƏR LENTİ
06 AVQUST 2026
Bütün Xəbərlər