2026-cı ildə quru sərhədləri açılacaq? - Açıqlama

Gündəm

18.12.2025 17:06

"Təhlükəsizlik problemləri hələ də aradan qalxmayıb"

Bunu 2026-cı ildə quru sərhədlərinin açılması məsələsi ilə bağlı TodayPress TV-yə açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib. 


"Dünya Ukrayna–Rusiya müharibəsi, kölgədə isə İsrail–İran qarşıdurması fonunda qeyri-müəyyənlik içindədir və bu proseslərin hansı nəticə ilə yekunlaşacağı hələ bəlli deyil. Bu baxımdan müəyyən məhdudiyyətlər qalmaqdadır".

Onun sözlərinə görə, bəzi sahələr üçün yumşalmalar mümkün olsa da, təhlükəsizlik riski hələ qalır:

"Bununla belə, turizmin inkişafı və konkret sahələr üzrə addımların atılması üçün müəyyən yumşalmalar mümkündür. Bu xüsusilə xəstələr və tələbələr üçün vacibdir və həmin istiqamətdə addımların atılması məqsədəuyğun hesab edilə bilər. Lakin bütün hallarda təhlükəsizlik riskinin hələlik tam aradan qalxmadığını nəzərə almaq lazımdır".

 Jalə Rövşən

TodayPress TV

tag: Fazil Mustafa,Deputat,2026,Sərhəd,Todaypress.tv,