Universitetlərə qeydiyyat bu gün başa çatır

Universitetlərə qeydiyyat bu gün başa çatır
08.09.2025 09:20 Elm və Təhsil

Universitetlərə qəbul olunan abituriyentlər üçün qeydiyyat bu gün başa çatır.

Bu barədə TodayPress TV-yə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlər 8 sentyabr saat 18:00-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.

Abituriyentlər qeydiyyat prosesi ilə bağlı məsələləri portal vasitəsilə dəqiqləşdirə bilərlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Xatırladaq ki, ali təhsil müəssisələrinə qeydiyyat isə avqustun 28-dən başlamışdı.

Qeyd edək ki, ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olan abituriyentlər (subbakalavrlar) 9 – 15 sentyabr (saat 18:00-dək), orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlər isə 9 – 17 sentyabr (saat 18:00-dək) 2025‑ci il tarixlərində portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.

TodayPress TV

XƏBƏR LENTİ
01 IYUN 2026
Azərbaycan yalan oldu, Ermənistan "Noldu, Paşinyan?" şüarları ilə çalxalanır 16:00 ABŞ Dövlət katibi elçi göndərdi, Prezident qəbul etdi 15:58 Hemiltonun uğurunun arxasında gizlənən səbəb məlum oldu! 15:55 "Yevlaxa qədər işğal edək" deyən sabiq erməni nazirdən sensassion açıqlama 15:50 ƏƏSMN açıqladı: Bu uşaqlar ailələrinə qaytarılıb 15:51 Bu dərmanların qiymətinin yuxarı həddi tənzimləndi 15:34 Dünya Seriyasında Azərbaycan güləşçilərindən uğurlu nəticə! 15:17 Qarabağa gediş üçün yeni qiymətlər 15:14 “Barselona” ulduzundan Lamin Yamal etirafı! 15:10 Qubanın ağ alması yox, bu dəfə KƏNDLƏRİ... 15:05 NBA çempionundan gözlənilməz etiraf: “Bu, uğursuzluq idi” 15:01 Roza Zərgərli əli günahsız azərbaycanlıların qanına batan qatil Kadırovla niyə görüşməlidir? 14:59 Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif etdi 14:57 Fransa klubu sükanı gənc Ançelottiyə həvalə etdi! 14:54 Qəbul imtahanının 2-ci cəhdinə qeydiyyat başladı 14:52 Rusiya Ermənistanı boğmağa davam edir: Daha bir QADAĞA 14:35 “Qartallar” hücum xəttində sabitliyi qorudu! 14:24 Prezident 907-ci düzəlişə görə Donald Trampa təşəkkür etdi 14:08 Litva Prezidenti Azərbaycan liderinə təbrik ünvanladı 14:13 Premyer Liqa təmsilçisi iki vacib futbolçusunu heyətdə saxladı! 13:49 GERİ SAYIM BAŞLADI : Ermənistanın taleyi həll olunur 13:43 Putin Paşinyanla telefon danışığı apardı 13:36 İngiltərə futbolunun simvolu yaşıl meydanlarla sağollaşdı! 13:28 Minlərlə uşaq məktəbəhazırlıq qruplarını başa vurdu 13:20 Hava kəskin dəyişir - Bakıya yağış yağacaq? 13:07 Bütün Xəbərlər