Təhsil naziri: “Qəzalı məktəblərin sayı azaldılıb” – RƏQƏMLƏR

Təhsil naziri: “Qəzalı məktəblərin sayı azaldılıb” – RƏQƏMLƏR
11.09.2025 11:27 Elm və Təhsil

"Son 10 ildə müəllimlərin orta aylıq əməkhaqqısı 3 dəfəyə qədər artırılıb".

TodayPress TV xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən media brifinqində çıxışı zamanı deyib.

O əlavə edib ki, ölkəmizdə qəzalı məktəblərin sayı azaldılıb. Bu say 800-dən 400-ə düşüb.

"Bəzi məktəblər var ki, orada təhsil alan şagird sayı çoxdur. Biz çalışacağıq ki, belə məktəbləri yaxınlıqda olan məktəblərlə birləşdirək. Əgər müəllimin maaşı artır, şagird yaxşı təhsil almırsa, burada problem var".

Nazir bildirib ki, qanunsuz hazırlıq keçməyə görə mütəmadi monitorinqlər aparılır. Nəticədə isə pozuntuya yol verən direktorların işdən çıxarılma halları artıb.  

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər