Tədris ili sentyabrın 15-i başlamayacaq? - RƏSMİ

Tədris ili sentyabrın 15-i başlamayacaq? - RƏSMİ
01.09.2025 12:59 Elm və Təhsil

2025–2026-cı tədris ilinin “Formula 1” Azərbaycan Qran-prisi ilə əlaqədar olaraq sentyabrın 21-dən sonra başlayacağı ilə bağlı yayılan iddialar təsdiqini tapmayıb.

Elm və Təhsil Nazirliyi TodayPress TV–nin sorğusuna cavab olaraq bildirib ki, bu barədə yayılan məlumatlar həqiqətə uyğun deyil və dərs ilinin başlanma tarixi ilə bağlı rəsmi qərar dəyişməyib.

Nazirlik əlavə edib ki, yalnız rəsmi mənbələrə istinad edilməsi tövsiyə olunur.

Eyni zamanda qeyd olunub ki, “Formula 1” yarışlarının keçiriləcəyi ərazilərdə yerləşən məktəblərlə bağlı hansısa məhdudiyyət tətbiq olunacağı halda, ictimaiyyət bu barədə əvvəlcədən məlumatlandırılacaq.

Türkan İsgəndərli


XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər