Taksi sürücülərinin imtahanında 1151 nəfər uğur qazandı

Elm və Təhsil

08.08.2025 18:05

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 8-də sürücülər və beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri üçün keçirilən imtahandan 1151 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.

TodayPress TV xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, taksi sürücülərinin hazırlığının qiymətləndirilməsi imtahanında iştirak etmək üçün 1483 namizəd qeydiyyatdan keçib. Onlardan 1403 namizəd imtahana gəlib. İmtahan nəticələrinə əsasən, 1151 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.

Yük daşımalarını həyata keçirən sürücülərin hazırlığının qiymətləndirilməsi imtahanında 24 namizəd iştirak edib və 12 nəfər müvəffəqiyyət qazanıb.

Avtomobil ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin hazırlığının qiymətləndirilməsi imtahanında isə 51 namizəd iştirak edib və 38 nəfər müvəffəqiyyət qazanıb.

tag: Taksi, Sürücülər,Dövlət İmtahan Mərkəzi, Uğur, Nəticə, todaypress.tv,