Rus bölməsi üzrə uşaqların I sinfə qəbuluna başlanılır

Rus bölməsi üzrə uşaqların I sinfə qəbuluna başlanılır
17.07.2025 11:06 Elm və Təhsil

Ümumi təhsil müəssisələrinin rus bölməsi üzrə uşaqların I sinfə qəbulu üçün sərbəst qaydada məktəb və müəllim seçiminə start verilir.

Bu barədə TodayPress TV-yə MÜTDA-dan məlumat verilib.

17 iyul 2025-ci il saat 11:00-dan etibarən Abşeron rayonu, Bakı, Sumqayıt və Gəncə şəhərlərindəki ümumi təhsil müəssisələrində rus bölməsi üzrə prioritetlə seçim sistemi ləğv olunur.

Bu tarixdən etibarən vətəndaşlar məktəb və müəllim seçimini sərbəst şəkildə həyata keçirə biləcəklər.

Qeyd edək ki, seçim prosesi mektebeqebul.edu.az portalı vasitəsilə aparılır.

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər