Nazir: "Digər yerlər başqa uşaqların haqqıdır"

Nazir: "Digər yerlər başqa uşaqların haqqıdır"
11.09.2025 11:05 Elm və Təhsil

"Vətəndaşlar bəzən bir neçə yerdə qeydiyyatdan keçmək istəyirlər. Bu isə mümkün deyil".

TodayPress TV xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev bunu yeni tədris ilinə dair keçirilən media brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, belə halların baş verməsinə icazə verilmir. Valideynlər buna etiraz etsə də, bir uşaq bir təhsil müəssisəsində qeydiyyatdan keçə bilər. Digər yerlər başqa uşaqların haqqıdır.

"Boş yerlər barəsində islahatlar aparılır. Məsələn, hansısa ərazidə məktəb boşdursa, onun vəsaitini daha çox şagirdi olan məktəblərə yönləndiririk".

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər