Nazir bu il nə qədər şagirdin təhsil alacağını açıqladı

Nazir bu il nə qədər şagirdin təhsil alacağını açıqladı
11.09.2025 11:10 Elm və Təhsil

"2025-2026-cı tədris ilində 130 mindən çox şagird 1-ci sinifdə təhsil alacaq".

TodayPress TV xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən media brifinqində çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, ümumilikdə 1.6 milyon şagird təhsil alacaq.

"Bununla yanaşı, onlar lisey və gimnaziyalara 6-7-ci siniflərdən sonra qəbul ola bilərlər. Bunun üçün xüsusi imtahanlar verməli olacaqlar. Son 4 ildə qəbul 2 dəfəyə qədər artıb. Gələcəkdə bu tip müəssisələrinin artırılması üzrə işlər aparılır".

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər