Nazir: “Azərbaycan təhsilində problemlər var”
"Bir çox ekspertlər bilmədən danışırlar. Beynəlxalq Olimpiyadalarda suallar Azərbaycan dilinə tərcümə olunur".
TodayPress TV xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən media brifinqində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, dil bilmək olimpiyada nəticələrinə təsir etmir.
"Azərbaycan təhsilində problemlər var. Amma bunlar beynəlxalq yarışlarda nəticələrə təsir etmir. Bunu deyən insanların olimpiyadalarla əlaqəsi yoxdur".
Nazir əlavə edib ki, ingilis dili əvəzinə uşaqları riyaziyyat fənnindən inkişaf etdirməyə ehtiyac var.
Türkan İsgəndərli